Modern.az

Allahşükür Paşazadə erməniləri təkzib etdi

Allahşükür Paşazadə erməniləri təkzib etdi

Aktual

9 Yanvar 2013, 16:37

Son günlər erməni mətbuatında bütün ermənilərin katolikosu II Qaregin tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşünün Azərbaycan-Ermənistan sərhəddində keçirilməsi barədə təklifi müxtəlif formalarda yozulur.
QMİ-nin mətbuat xidməti bununla bağlı Modern.az-a açıqlama verib.

QMİ bəyan edir ki, Şeyxülislam A.Paşazadə Gürcüstana səfəri zamanı Tiflisdə olarkən, erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırıb və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olub, söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən gedib.

QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.

 “Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan sərhəddində baş tuta bilər”-deyə QMİ bəyan edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı