Modern.az

Mikayıl Cabbarov özünə müşavir TƏYİN ETDİ

Mikayıl Cabbarov özünə müşavir TƏYİN ETDİ

Güncel

10 Fevral 2022, 09:57

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib.

 

Modern.az xəbər verir ki, bu vəzifə Nazim Səmədova həvalə olunub.

 

Qeyd edək ki, N.Səmədov bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aparat rəhbəri, daha öncə isə mədəniyyət və turizm nazirinin müavini vəzifələrində çalışıb.

 

O, 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdiri müavini vəzifəsində işləyib. 2006-2011-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsini icra edib.

 

2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsini icra edib. 2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı