Modern.az

Generaldan Öcalan tərəfdarlarına XƏBƏRDARLIQ

Generaldan Öcalan tərəfdarlarına XƏBƏRDARLIQ

Current

12 Fevral 2022, 13:14

İraqda briqada generalı Rübeyinin bir qrup əsgərlə Sincar rayon meydanına gələrək Öcalan posterinin terror təşkilatı tərəfdarları tərəfindən asılmasına reaksiya verdiyi anlar kameralara düşüb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, PKK liderinin posterinin endirildiyi ərazidə İraq bayrağını asan Rübeyi terrorçulara heç bir güzəşt edilməyəcəyini vurğulayıb.

Rübeyi əlində İraq bayrağı ilə Sincar xalqına müraciət edərək deyib: “Sincarda hər kəs məni yaxşı eşitsin. Briqada komandiri olaraq burada İraq bayrağını asacağam. Allah şahid olsun, Öcalanın posterini asanları  bu meydanda asacağam. Mən burada terrorçulara mübarizə aparan komandirəm. Burada qanunu pozanların başını əzəcəyəm”.

 

Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı