Modern.az

Əşyalarınızı paylaşmayın! - XƏBƏRDARLIQ

Əşyalarınızı paylaşmayın! - XƏBƏRDARLIQ

Aktual

16 Fevral 2022, 15:15

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı vətəndaşlara daha bir müraciət edib.

 

Modern.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

 

"Koronavirus infeksiyası hava-damcı yolu ilə yoluxduğu kimi, əşyalarınız vasitəsilə də ikinci tərəfə ötürülə bilər. Buna görə də, şəxsi əşyalarınızı heç kimlə paylaşmayın, başqasının əşyalarını da götürməyin.

 

Virus yükü daha çox maskalarda, əl dəsmallarında, yuyulmamış qab-qacaqlarda və başqa əşyalarda olur. Buna görə də, bu vasitələrin paylaşılmaması virusun da qarşısını almaqda kömək edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı