Modern.az

Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

Aktual

16 Fevral 2022, 15:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

 

“Yeni müharibə bölgə üçün böyük fəsadlar törədə bilər və bu məsələni Putinlə bir daha telefon danışığı zamanı müzakirə edəcəyik. Eyni zamanda bölgədə ola biləcək ən kiçik təhlükəsizlik məsələlərini də iki tərəflə müzakirə edirik. Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, - Ərdoğan bildirib. 

 

Qeyd edək ki, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı