Modern.az

ABŞ münasibətlərin gərginləşməsinə çalışır - SƏFİR

ABŞ münasibətlərin gərginləşməsinə çalışır - SƏFİR

Aktual

18 Fevral 2022, 17:31

Rusiyanın Londondakı səfiri Andrey Kelin “Rossiya-24” telekanalına müsahibə verib.

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Andrey Kelin deyib ki, Vaşinqton Kiyev və Moskva arasında münasibətlərin gərginləşməsinə çalışır.

Onun sözlərinə görə, ABŞ tamamilə aydın və fürsətçil məqsədlər güdür:

“Bütün bunlar Ukrayna və Rusiya arasında münasibətləri daha da gərginləşdirir. Onlar bu sahədə çox işlər görüblər”.

Səfirin sözlərinə görə, Vaşinqtonun ikinci məqsədi Avropanı ona tərəf çevirməkdir ki, onun enerji də daxil olmaqla heç bir sahədə Rusiya ilə əlaqəsi olmasın.

Bununla belə, səfir vurğulayıb ki, Böyük Britaniyanın bu vəziyyətdəki marağını başa düşmür.

 

Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı