Modern.az

Braziliyada fəlakət: 150-dən çox ölü var

Braziliyada fəlakət: 150-dən çox ölü var

Aktual

20 Fevral 2022, 09:14

Braziliyanın Petropolis şəhərində aramsız leysan yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 153 nəfərə çatıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ötən gecə daşqın qurbanları ilə bağlı statistik göstərici 137 nəfər idi. Həyatını itirənlərdən 27-sinin azyaşlı olduğu bildirilir.

 

Hələ də 165 nəfər itkin hesab edilir. Təbii fəlakət zonasına 500-dək xilasedici, 200 polis, həmçinin ordu və ağır texnika cəlb olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı