Modern.az

Bakıda Novruz çadırları QURULDU

Bakıda Novruz çadırları QURULDU

Aktual

21 Fevral 2022, 09:26

Bakıda Novruz bayramı ilə əlaqədar çadırlar qurulub.

Modern.az-ın məlumatına görə, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil olunan çadırlarda müxtəlif bayram atributlarının, çərəzlərin satışı nəzərdə tutulub.

Yarmarka xarakterli çadırlar hələlik metroun “Xalqlar Dostluğu”, “Nəriman Nərimanov”, “Gənclik”, “28 May” stansiyalarının çxışlarında qurulub.

Bu çadırlar əhalinin daha sıx olduğu küçə və meydanlarda, eləcə də metronun stansiyaları yaxınlığında qurulmasında məqsəd sakinlərin bayram alış-verişini asanlaşdırmaqdır.

Bayram çadırlarının sabahdan etibarən martın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı