Modern.az

Həmyerlisini bıçaqlayan gənc tutuldu

Həmyerlisini bıçaqlayan gənc tutuldu

Aktual

21 Fevral 2022, 09:22

Şamaxıda bıçaqlanma hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Rəvan Comərdov münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Xəyal Pənahovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. R. Comərdov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı