Modern.az

Fransa səfirliyi ilə ANAMA arasında bəyannamə İMZALANDI

Fransa səfirliyi ilə ANAMA arasında bəyannamə İMZALANDI

Aktual

25 Fevral 2022, 16:56

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Niyyət Bəyannaməsi imzalanıb.

 

Bu barədə Modern.az-a ANAMA-dan məlumat verilib.

 

Bildirilib ki, bəyannamə Agentliyin sədri Vüqar Süleymanov və Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros tərəfindən imzalanıb.

 

Sənəd ANAMA-nın texniki potensialının gücləndirilməsi, yaşayış üçün təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən fəaliyyətə dəstək olmaqla, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üzrə görülən işlərə töhfə olacaqdır.

 

Bəyannamənin əsas fəaliyyət istiqamətləri səfirliyin dəstəyi hesabına minatəmizləmə avadanlığının alınması, eləcə də alınacaq avadanlığın istifadəsi üzrə təlimlərin keçirilməsini nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı