Modern.az

Kadırov Ukraynaya 70 min çeçen göndərəcəyini VƏD ETDİ

Kadırov Ukraynaya 70 min çeçen göndərəcəyini VƏD ETDİ

Aktual

25 Fevral 2022, 17:42

“Çeçenistandan olan 70 min könüllü Ukraynaya gedib Rusiya uğrunda döyüşməyə hazırdır, lakin hələ ki buna rəsmi qərar verilməyib”.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu cümə günü jurnalistlərə Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşdən sonra bildirib.

 

“Biz Ali Baş Komandanın (Putin-red.) qərarını tam dəstəklədiyimizi və istənilən əmri yerinə yetirəcəyimizi, buna hazır olduğumuzu bəyan edirik. Bizim dövlətimiz (Rusiya Federasiyası-red.) uğrunda könüllü döyüşməyə hazır olan 70 min insanımız var”, - Kadırov deyib

 

Çeçenistan rəhbəri qeyd edib ki, könüllülər Rusiyanın təhlükəsizliyini təmin etmək üçün istənilən ərazidə istənilən xüsusi əməliyyata getməyə hazırdırlar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı