Modern.az

Ukraynada 2 mindən çox mülki şəxs həlak olub

Ukraynada 2 mindən çox mülki şəxs həlak olub

Aktual

2 Mart 2022, 17:55

Rusiyanın Ukraynaya hücumu nəticəsində təxminən 2000-dən çox mülki vətəndaş həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) məlumat yayıb.

 

“Xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

 

Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb. Bundan əlavə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb”,- rəsmi məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı