Modern.az

Ukrayna Zaporojye AES-i GERİ ALDI

Ukrayna Zaporojye AES-i GERİ ALDI

Aktual

5 Mart 2022, 11:38

Ukrayna Silahlı Qüvvələri Zaporojye atom elektrik stansiyasına (AES) nəzarəti bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko açıqlama yayıb. Onun sözlərinə görə, hazırda AES Ukrayna ordusunun nəzarətindədir.

 

Qeyd edək ki, ötən gün Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) güclü yanğın baş verib. Avropanın ən böyük AES-ində yanğının olması region ölkələrində böyük təşvişə səbəb olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı