Modern.az

Əminə Ərdoğandan Ukraynaya DƏSTƏK

Əminə Ərdoğandan Ukraynaya DƏSTƏK

Aktual

6 Mart 2022, 00:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ukrayna xalqına dəstəyini nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, Türkiyənin birinci xanımı bununla bağlı videomüraciət yayıb.

 

Müraciətdə deyilir:  “Dəyərli Ukrayna xalqı, sizlərə Türkiyə xalqının ən səmimi sevgi və hörmətini çatdırıram. Ukraynaya edilən hücumlara görə böyük məyusluq hissi keçirdiyimi bilməyinizi istəyirəm. Türkiyə olaraq hadisələri yaxından izləyirik. Ukraynanın gözəl insanları Türkiyə xalqının dualarındadır. Allahdan qısa zamanda sülh mühitinə qovuşmağınızı və tək bir canın belə zərər görməməsini istəyirik.

 

İllərdir dünyanın bir çox yerlərində davam edən müharibə və atışmaları dayandırmağa səy göstərərkən indi Ukraynanın eyni təcrübədən keçməsi söndürmək istədiyimiz atəşi daha da alovlandırdı. Halbuki tarix səhifələrimiz kifayət qədər müharibə və gözyaşı ilə doludur. Müharibənin ağır nəticələrini isə hamımız bilirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı