Modern.az

8 Mart Gününün hava PROQNOZU

8 Mart Gününün hava PROQNOZU

Güncel

7 Mart 2022, 12:34

Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı