Modern.az

Rusiya Azərbaycandan ərzaq tədarükünü artırır

Rusiya Azərbaycandan ərzaq tədarükünü artırır

Güncel

15 Mart 2022, 14:04

Rusiya Azərbaycandan ərzaq məhsullarının tədarükünü artırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.

 

Onun sözlərinə görə, Rusiya özünü əsas ərzaq malları ilə təmin edir və bazarın müxtəlif ərzaq məhsulları ilə zənginliyini, eləcə də rusiyalı tələbatçı üçün çeşidin artırılması məqsədilə idxal tədarükünü genişləndirir:

 

“Ehtiyat üçün alış-veriş etməklə süni tələbat yaratmaq lazım deyil. Xarici iqtisadi təzyiq şəraitində qıtlıq riski və ya çeşidin azalması üçün heç bir zəmin yoxdur. Biz bazarı yenidən səmtləşdirərək qarşılıqlı ticarəti nizamlayacaq, dost ölkələrlə tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik”.

 

Baş nazirin müavini xatırladıb ki, son ay yarım ərzində “Rosselxoznadzor” 140-dan çox xarici müəssisədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, Çin, Belarus Respublikası, Qırğızıstan və Qazaxıstandan ərzaq məhsullarının Rusiyaya gətirilməsinə icazə verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı