Azərbaycanın Qırğızıstanda yeni təyin olunmuş səfiri Hidayət Orucov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Erlan Abdıldayevə təqdim edib. (AzərTAc)
Nazir səfiri təbrik etmiş, ona uğurlar arzulayıb.
H.Orucov bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin ən yüksək səviyyəyə qaldırılması üçün əlindən gələni edəcək.
68 yaşlı Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2006-cı illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri olub. 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.
27 dekabr 2012-ci il tarixdə Azərbaycanın Qırğızıstanda yeni səfiri təyin olunub.
Modern.az