Modern.az

Benzemadan het-trik, “Bavariya” uduzdu

Benzemadan het-trik, “Bavariya” uduzdu

Aktual

7 Aprel 2022, 08:39

Futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.

 

Modern.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə iki qarşılaşma oynanılıb.

 

Gecənin maraqlı görüşü "Stenford Bric" stadionunda oynanılıb. Turnirin son qalibi, İngiltərənin "Çelsi" klubu öz meydanında İspaniyanın "Real Madrid" komandasını qəbul edib. Gərgin keçən görüş qonaqların 1:3 hesabıı qələbəsilə başa çatıb. 

 

"Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib.

 

"Villareal" klubu isə doğma azarkeşlər önündə Almaniyanın "Bavariya" komandasını qəbul edib. "Estadio de la Karamika" stadionunda baş tutan görüşdə La Liqa təmsilçisi qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Danjuma olub.

 

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.

 

Çempionlar Liqası, 1/4 final

 

"Çelsi" (İngiltərə)  - "Real" (İspaniya) - 1:3

Qollar: Benzema, 21 (0:1), 24 (0:2),Haverts, 40 (1:2), 46 (1:3)

Baş hakim: Klement Turpin (Fransa)

"Stemford Bridc" stadionu

 

"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0 

Qol: Danjuma, 8 

Baş Hakim: Entoni Teylor (İngiltərə)

"Estadio de la Keramika" stadionu

 

Xatırladaq ki, ötən gün "Mançester Siti" öz meydanında "Atletiko Madrid"dən (1:0), "Liverpul" isə səfərdə "Benfika"dan üstün olub (1:3).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı