Modern.az

Putin Jirinovski ilə vidalaşdı - VİDEO

Putin Jirinovski ilə vidalaşdı - VİDEO

Aktual

8 Aprel 2022, 12:20

Rusiya Prezidenti Vladimir Putin mərhum deputat Vladimir Jirinovski ilə Moskvada keçirilən vida mərasiminə qatılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Mərasimdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev də iştirak edir. 

 

Vida mərasimi Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin təşkilatçılığı ilə həyata keçirilib.

 

Liberal Demokrat Partiyasının mərhum lideri Novodeviç qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasiminin bu gün saat 14:00-da başlaması planlaşdırılır.

 

Qeyd edək ki, Jirinovski aprelin 6-da 76 yaşında vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi məlum olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı