Modern.az

Putin ən çox bundan qorxur - Məşhur rus jurnalist AÇIQLADI

Putin ən çox bundan qorxur - Məşhur rus jurnalist AÇIQLADI

Güncel

15 Aprel 2022, 11:27

Rusiya Federasiyasının prezidenti Vladimir Putin sui-qəsd cəhdindən, özünün təhlükəsizlik xidmətindən və bu xidmətdə qulluq edən snayperlərdən dəhşətli dərəcədə qorxur.


Modern.az xəbər verir ki, bunu məşhur rusiyalı publisist-jurnalist Aleksandr Nevzorov “Qordon” nəşrinin baş redaktoru Olesya Batsmana müsahibəsində bildirib.
 

"O, hər şeydən qorxur. Amma ən əsası sui-qəsddən ürpənir. Putin hansı uçuruma doğru getdiyini, geri dönüşü olmayan yolla getdiyini çox gözəl anlayır", - Nevzorov deyib.


Jurnalist onu da bildirib ki, Rusiya liderinin şərti dublyorları (əvəzləyici oxşarlar) var – bəzən hansısa tədbirlərdə bu fiqurlardan istifadə olunur. Bu zaman onlar 100-150 metr məsafədən əkiz kimi görünürlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı