Modern.az

AFFA “Qəbələ”ni 4 min manat cərimələdi

AFFA “Qəbələ”ni 4 min manat cərimələdi

Aktual

22 Aprel 2022, 15:38

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, toplantıda Premyer Liqamızın 23-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

 

“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı