Modern.az

Şamaxının icra başçısı da işdən çıxarıldı

Şamaxının icra başçısı da işdən çıxarıldı

Aktual

15 Fevral 2013, 14:20

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən azad olunub. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, prezident İlham Əliyev Asif Məmmədovun vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının bugünlərdə məmurlara xəbərdarlıq etdiyini vurğulayan Siyavuş Novruzov xatırladıb ki, Asif Məmmədov son iki gündə vəzifəsindən çıxarılan ikinci icra başçısıdır. Fevralın 14-də prezident İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyini dəyişib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı