Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ilk matçında "Zirə" klubu "Qəbələ"ni qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır.
Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" komandası "Neftçi"ni qəbul edəcək.