Ermənistan polisi paytaxtın müxtəlif yerlərində küçələri bağlayan vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son məlumata görə, bu saatadək 61 nəfər İrəvanın müxtəlif yerlərində saxlanılaraq polis şöbələrinə aparılıb.
Nümayişçilər İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin (polis əməkdaşının və ya polis əməkdaşının qanuni tələbinə tabe olmama) tələblərini pozduqlarına görə saxlanılıblar.
Xatırladaq ki, bu gün saat 12:00-dan Müqavimət Hərəkatı dörd istiqamətdə itaətsizlik yürüşünə başlayıb.
Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib ki, yürüş iştirakçıları saat 19:00-da Fransa meydanında görüşəcək, mitinq keçirəcəklər.