Modern.az

Azərbaycan Qran-prisində gerisayım başladı

Azərbaycan Qran-prisində gerisayım başladı

Aktual

12 May 2022, 12:55

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb.

 

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Modern.az-a verilən məlumata görə, qurum yarış üçün sonuncu hazırlıqlarını tamamlayır.

 

BŞH-ın icraçı direktoru Arif Rəhimov Qran-priyə bütün biletlərin tam alınacağına ümid etdiyini söyləyib: "İzdihamı qarşılamağa səbrsizlənirik. Əvvəlki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. "Formula 1" azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir".

 

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı