Ermənistan və Azərbaycan birgə layihələrin həyata keçirilməsini sürətləndirməlidir.
Modern.az xəbər verir ki, bunu İrəvanda keçirilən Ermənistan-İran biznes forumu zamanı İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri deyib.
Onun sözlərinə görə, geosiyasi vəziyyət və regionda baş verən hadisələr İrana dost olan iki ölkəni son 30 ildə itirilmiş vaxtın əvəzini çıxmaq üçün nəzərdə tutulan bütün işlərin və proqramların icrasını sürətləndirməyə məcbur edir.
"Biz infrastrukturun inkişafına, o cümlədən Şimal-Cənub magistralının tikintisinə ciddi diqqət yetirməliyik. Təsəvvür edin ki, Hindistan-Qara dəniz dəhlizi və Avropa İttifaqının təmin edəcəyi ticarətin həcmi nə qədər olacaq”, - səfir çıxışında vurğulayıb.