Modern.az

Füzulu Ələkbərov “Qocalar Evi”nə baş çəkib

Füzulu Ələkbərov “Qocalar Evi”nə baş çəkib

Aktual

19 Fevral 2013, 17:13

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatına (Qocalar Evi) gedib. Nazir aparılan əsaslı təmir və yenidənqurma, habelə pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi işləri ilə yaxından tanış olub.

F. Ələkbərov bildirib ki, “2011-2013-cü illər Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən əsaslı təmiri və yeni korpusunun tikintisi aparılan Bilgəh “Qocalar evi” yenidənqurma işlərindən sonra 350 nəfərə xidmət göstərəcək. O cümlədən yeni 5 mərtəbəli korpusda 170 nəfər, hazırkı korpus isə əsaslı təmirdən sonra 180 nəfərə xidmət göstəriləcək. Bundan başqa, Şaqan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində olduğu kimi, digər belə müəssissələr də müasir standartlara uyğun şəraitə malik olacaq.  Eləcə də Zabrat qəsəbəsində inşa olunan sosial müdafiə əhəmiyyətli yeni obyektlər (Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq) dövlət başçısının təsdiqlədiyi və bu il yekunlaşacaq «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasına bir töhfə olacaq.

Daha sonra nazir Füzuli Ələkbərov Ramana Gənc Əlillərin Əmək və İstirahət Evinə gedərək, burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerindəcə tanış olub və müvafiq tapşırıqlarını verib.

 

 

 

 

 

 

 

 

 

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı