Modern.az

Somalinin yeni prezidenti seçildi

Somalinin yeni prezidenti seçildi

Aktual

16 May 2022, 09:09

Somali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti seçib.

 

Modern.az xəbər verir ki, bu barədə “Somali Guardian” portalı səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.

 

Mayın 15-də Somalinin paytaxtında prezident seçkilərinin keçirildiyi hava limanında anqar minaatanlardan atəşə tutulub. Atışma səsvermənin birinci turu başa çatdıqdan dərhal sonra və bülletenlərin hesablanmasından əvvəl baş verib.

 

2012-2017 illərdə Somalinin prezidenti olmuş Həsən Şeyx Mahmud 2011-ci ildə “İslam demokratiyası” mövqelərinə sadiq qalan Sülh və İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib.

 

O, 2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident seçilib.

 

Həsən Şeyx Mahmud 4 il müddətinə Somalinin prezidenti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı