Fevraın 21-23-ü tarixində ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morninqstar Kürdəmir, Gəncə və Mingəçevirə səfər edib. Səfərin məqsədi mərkəz və qərb reqionların əhalisi ilə görüşmək, orada mövcüd olan ABŞ-Azərbaycan əməkdaşlığı ilə tanış olmaq və bu əməkdaşlığa öz dəstəyini göstərməkdir.
Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər zamanı cənab Morninqstar Kürdəmir, Gəncə və Mingəçevirin İcra Hakimiyyətlərinin başçıları İrshad Əliyev, Elmar Vəliyev və Niyazi Bayramovla görüşüb, regionlarda iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində gedən inkişafı müzakirə ediblər.
Cənab Səfir Azərbaycanlı tərəfdaşlarla yerli layihələrdə birgə çalışan Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb. Cənab Morninqstar, həmçinin, Kürdəmir və Gəncə şəhərlərində yerləşən Amerika Mərkəzlərinin fəaliyyəti ilə tanış olub, yerli gənclərə ABŞ-Azərbaycan əlaqələri barədə məruzə edib. O həmçinin Gəncə Aqrar Universiteti, Ziyalı Vətəndaş Mərkəzi və GTM Gənclər Mərkəzlərinə də baş çəkib.
Cənab Səfir və onun həyat yoldaşı Feys xanım səfər zamanı bu regionların zəngin mədəniyyəti ilə də tanış oldular. Onlar Gəncə şəhərində yerləşən Xan bağı, Cavad Xan və Nizami Gəncəvi məqbərələri ilə də tanış oldular.
A.RÜSTƏMOV