Modern.az

İŞİD-ə dəstək verən Qusar sakini saxlanıldı

İŞİD-ə dəstək verən Qusar sakini saxlanıldı

Aktual

4 İyun 2022, 23:45

Sosial şəbəkələrdə İŞİD-ə dəstək nümayiş etdirəm azərbaycanlı saxlanılıb.

 

Modern.az xəbər verir ki, Qusar rayon sakini Abdullah Mustafayev (ləqəbi Abdullah əl Qusari) İŞİD terror təşkilatına dəstək nümayiş etdirib. Onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilir.

 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

Abdullah Mustafayev haqqında araşdırma başladılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı