Modern.az

Şəhriyar Aniş Giriyə qalib gəldi

Şəhriyar Aniş Giriyə qalib gəldi

Aktual

8 İyun 2022, 07:57

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

 

Modern.az-ın məlumatına görə, yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.

 

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı