Modern.az

Bayden Zelenskini niyə “vurdu” - İLGİNC SƏBƏB

Bayden Zelenskini niyə “vurdu” - İLGİNC SƏBƏB

Актуально

14 İyun 2022, 10:10

Rusiya və Ukrayna arasında müharibənin gedişatında Qərb ölkələrinin tutduğu mövqe dəyişməyə başlayıb. Belə ki, müharibənin ilk günündən Ukraynaya dəstək verən ABŞ prezidenti Co Bayden ötən günlərdə çıxışı zamanı Prezident Volodimir Zelenskini ittiham edib. O, Zelenskinin müharibədən xəbərdar olsa da, səriştəsiz davrandığını bildirib.

 

Baydenin son bəyanatlarından görünür ki, o müharibəyə görə Zelenskini günahkar bilir. ABŞ liderinin Ukrayna ilə bağlı mövqeyinə əl gəzdirməsi siyasi müstəvidə ciddi müzakirələr yaradıb. Bir çox ekspertlər hesab edirlər ki, Bayden Kiyevin Rusiyaya təslim olmasına və bununla müharibəni dayandırmağa çalışır.

 

ABŞ prezidentinin Zelenskini "vuran" açıqlamasına Rusiyadan reaksiyalar necədir?

 

Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Modern.az-a bildirib ki, Co Bayden Zelenskinin həddən artıq populyarlaşmasını istəmir:

 

"O, ABŞ daxilində tənqidçilərin bəyanatlarına cavab vermək niyyətindədir. Bəziləri Ağ Evi Kiyevə daha geniş dəstək vermək istəməməkdə, digərləri isə yüksək inflyasiya və yanacağın qiymətinin artmasında ittiham edir. Beləliklə, Ukrayna ətrafında yaranan böhran beynəlxalq aləmə pis təsir edib. ABŞ prezidenti belə bəyanatlar verərək, hazırki vəziyyətə görə məsuliyyəti qismən də olsa digər siyasətçilərin, o cümlədən Ukrayna liderinin üzərinə atır".

 

Bundan əlavə, rusiyalı politoloq hesab edir ki, ABŞ administrasiyası Prezident Volodimir Zelenskinin həddindən artıq ideallaşdırılmasında maraqlı deyil. Onun fikrincə, Amerika elitası arasında Moskva ilə münasibətdə kompromis mövqe tutanlar da var. 

 

“ABŞ NATO sammitindən sonra ola bilər ki, Rusiya ilə münasibətləri  normallaşdırsın. Amma çox güman ki, ən azı 2022-ci il iyunun sonunda Madriddə keçiriləcək NATO sammitinə qədər ABŞ Moskva ilə münasibətləri yumşaltmaq üçün ciddi addımlar atmayacaq. Gələcəkdə çox şey hərbi əməliyyatların gedişindən, eləcə də Ukrayna ətrafındakı böhranın ABŞ iqtisadiyyatına təsir dərəcəsindən asılı olacaq”, - deyə rusiyalı analitik ABŞ-ın Ukrayna müharibəsindəki mövqeyini şərh edib.

 

Qeyd edək ki, Baydenin sözügedən bəyanatı Ukraynada tənqidlərə tuş gəlib. Lakin Zelenski ABŞ liderinin iradlarına hələ ki münasibət bildirməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı