Modern.az

“Qarabağ” - “Lex” matçının stadionu bəlli oldu

“Qarabağ” - “Lex” matçının stadionu bəlli oldu

مورد توجه

18 İyun 2022, 08:50

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, “Lex”lə cavab qarşılaşması iyulun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

 

Komandalar arasındakı ilk oyun iyulun 5-də “Poznan” stadionunda keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı