Modern.az

Rusiyanı defoltdan saatlar ayırır - “Bloomberg”

Rusiyanı defoltdan saatlar ayırır - “Bloomberg”

Aktual

26 İyun 2022, 17:08

Rusiya Federasiyasını defoltdan saatlar ayırır.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Rusiyanın xarici borc öhdəliklərinin şərtlərinə istinadən məlumat yayıb.

 

Belə ki, təxminən 100 milyon dollar həcmində avrobondlar üzrə faizlərin ödənilməsi üçün güzəşt müddəti bu gün - iyunun 26-da başa çatır. Əgər investorlar pulu son tarixə qədər almasalar, bazar ertəsi səhər defolt baş verəcək.

 

Bu, Rusiya üçün son yüz ildə xarici borc üzrə ilk defolt olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı