Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında yanğın olub.
FHN-dən Modern.az verilən məlumata görə, Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının giriş hissəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac, birinci və ikinci mərtəbələr arasında 15 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.