Modern.az

Qasırğa Yaponiyanı cənginə aldı

Qasırğa Yaponiyanı cənginə aldı

Aktual

14 Avqust 2022, 10:59

Bu gecə Tokionun cənubuna yaxınlaşan “Meari” tropik qasırğası Çiba prefekturasından keçərək şimal-şərq istiqamətində hərəkət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, saniyədə 30 metr sürətlə əsən külək və güclü yağışlar səbəbindən Toçiqi, Şizuoka, Çiba prefekturalarında və Tokioda təqribən 10 min evə elektrik enerjisinin verilişi kəsilib.

 

Yaponiyanın mərkəzi hissəsinə çatan qasırğa nəticəsində 200-dək aviareys təxirə salınıb, qatarların hərəkətində fasilələr yaranıb.

 

Təbii fəlakət səbəbindən zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı