Modern.az

İslamiada: Cüdo komandamız finala yüksəlib

İslamiada: Cüdo komandamız finala yüksəlib

مورد توجه

17 Avqust 2022, 15:20

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, millimiz əvvəlcə Bəhreyn, yarımfinalda isə Tacikistan yığmalarını 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə komandamız Türkiyə yığması ilə görüşəcək.

 

Qadın millimiz isə Türkmənistanı 3:0 hesabı məğlub etsə də, dörddəbir finalda Əlcəzair üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamız bürünc medal uğrunda təsəlliverici görüşdə isə Seneqalı 3:1 hesabı ilə məğlub edib.

 

Xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda 3-cü pillədə qərarlaşıblar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı