Modern.az

6 nəfəri gün vurub, biri azyaşlıdır

6 nəfəri gün vurub, biri azyaşlıdır

Güncel

17 Avqust 2022, 16:23

Avqustun 7-dən bu günə qədər təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib.

 

Onun sözlərinə görə, həmin şəxslərdən 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib.

 

"Hospitalizasiya olunanlardan 1-i azyaşlıdır. Hazırda onların vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə Z.Quliyev vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı