Modern.az

Yoluxma 600-ü keçdi - Ölən YOXDUR 

Yoluxma 600-ü keçdi - Ölən YOXDUR 

Aktual

25 Avqust 2022, 21:42

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölüm olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 810 589 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3627 nəfərdir.

 

Son sutka ərzində 3614, hazırkı dövrədək isə 7 135 151 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı