Modern.az

İran, Qazaxıstan və Rusiyanın hərbi gəmiləri Bakını tərk etdi

İran, Qazaxıstan və Rusiyanın hərbi gəmiləri Bakını tərk etdi

Aktual

26 Avqust 2022, 14:53

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin, həmçinin Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti Bakı limanını tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı