Modern.az

Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu

Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu

Aktual

3 Sentyabr 2022, 10:22

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

DİN rəsmisi deyib ki, araşdırmalar davam etdirilir: "Əlavə məlumat veriləcək".

 

Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" loqoped reabilitasiya mərkəzində baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı