Modern.az

Cüdoçumuz İtaliyada finala çıxdı

Cüdoçumuz İtaliyada finala çıxdı

Aktual

10 Sentyabr 2022, 17:57

İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir.

 

O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq.

 

Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı