Modern.az

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarıldı

Güncel

11 Sentyabr 2022, 13:19

“Qarabağ”ın Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

 

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Iticket.az”dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

 

1 şəxsiyyət vəsiqəsi ilə 3 bilet əldə etmək mümkündür.

 

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Qarabağ” – “Nan”" görüşü saat 20:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı