Modern.az

Paşinyan Putindən sonra Makrona zəng vurdu

Paşinyan Putindən sonra Makrona zəng vurdu

Güncel

13 Sentyabr 2022, 03:36

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan sərhəddinə baş vermiş son hadisələri müzakirə ediblər. 

 

Bundan öncə Paşinyan Rusiya Prezidenti Vladimir Putinə də zəng vurmuşdu.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı