Modern.az

Keçmiş arvadını öldürən ərə CƏZA VERİLMƏDİ

Keçmiş arvadını öldürən ərə CƏZA VERİLMƏDİ

Aktual

20 Sentyabr 2022, 14:36

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Rəhmanovun qətli törətdiyi vaxt anlaqsız olduğu müəyyən edilib və o 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.

 

Xatırladaq ki, R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

 

İttihama görə, həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Həmin gün o S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı