İstanbul polisi və Terrorla Mübarizə İdarəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının rəhbərliyində təmsil olunan “Kendal-Numan Amed” kod adlı Sərhat Özel saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Terrorçu ölkədən çıxmaq istəyərkən İstanbul hava limanında saxlanılıb.