Modern.az

Çavuşoğlu Hindistan və İranın Ermənistanı silahlandırmasından DANIŞDI

Çavuşoğlu Hindistan və İranın Ermənistanı silahlandırmasından DANIŞDI

Current

20 Oktyabr 2022, 17:48

Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, silahlandırma ilə münaqişənin həll edilməyəcəyini 30 ilin sonunda hamı görüb.

 

“Artıq Qafqazda hər kəs sülh və sabitlikdən danışmalıdır. Hazırda Orta Dəhliz daxil olmaqla əhəmiyyətli layihələrin həyata keçirilməsindən danışılmalıdır. Orta Dəhliz hazırda çox böyük önəm qazanıb. Qida və enerji böhranından dolayı çox fürsətlər yaranıb. Silahlanmaya deyil, sülhə və birlikdə çalışmağa diqqəti yönəltməliyik”, - deyə XİN başçısı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı