Modern.az

AYNA-nın rəhbərliyində yeni təyinat

AYNA-nın rəhbərliyində yeni təyinat

Aktual

24 Oktyabr 2022, 16:32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi vəzifəsindən azad edilən Heydər Rüstəmov Nazirliyinin tabeliyində olan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin sədrin müavini vəzifəsinə gətirilib.

 

Xatırladaq ki, AYNA Prezident İlham Əliyevin bu il oktyabrın 11-də imzaladığı “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana əsasən, DANX, onun tabeliyindəki “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat”, nazirliyə məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-lərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb.

 

***

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Heydər Rüstəmov vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, H.Rüstəmov Nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

 

Hazırda Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi vəzifəsini İdarənin rəis müavini İlham Əhədov icra edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı