2023-cü ildə İsveç iqtisadiyyatında tənəzzül gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Elizabet Svantesson bildirib.
Onun sözlərinə görə, İsveç iqtisadiyyatını kifayət qədər çətin qış gözləyir: “Vəziyyətin hələ də nə qədər soyuq və tutqun olacağını bilmirik”.
Hökumət nümayəndələrinin hesablamalarına əsasən, gələn il ölkə ÜDM-in 0,4 faiz azalaraq tənəzzülə girəcək. İqtisadi proqnozda gələn il üçün inflyasiyanın 5,9 faiz səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, bu ilin iyun ayında İsveç son 30 ilin ən yüksək aylıq inflyasiyasını yaşayıb və illik inflyasiya göstəriciləri rekord həddə - 10 faizə yaxınlaşıb.