Modern.az

Sabahdan 4 günlük tətil başlayır

Sabahdan 4 günlük tətil başlayır

Aktual

5 Noyabr 2022, 10:53

Sabahdan Azərbaycanda dörd günlük tətil başlayır.

 

Modern.az xəbər verir ki, qeyri-iş günləri noyabrın 6-sı, 7-si, 8-i və 9-u tarixlərini əhatə edəcək.

 

Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

 

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

 

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

 

Qeyd edək ki, noyabrın 10-u növbəti iş günüdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı